Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Futbol üzrə Norveç millisinin hücumçusu Erlinq Holand dünya çempionatının 1/8 finalında Braziliyaya qarşı keçirəcəkləri oyun barədə danışıb.
İdman.Biz xəbər verir ki, “Mançester Siti”nin futbolçusu braziliyalılara böyük rəğbət bəslədiyini gizlətməyib.
“Bizi xüsusi oyun gözləyir. Braziliya millisinə simpatiyam var və bu ölkəni sevirəm. Braziliyalıların futbol oynamaq tərzi xoşuma gəlir. Braziliyada həmişə dünyanın ən yaxşı futbolçuları çıxış edib”, - deyə Holand bildirib.
Qeyd edək ki, Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində Braziliya - Norveç oyunu 5 iyul , saat 23:59-da start götürəcək.