Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Norveçli hücumçu Erlinq Holand “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Fanat.Az xəbər verir ki, futbolçu karyerasındakı məhsuldar göstəricilərinə görə dörd sertifikat alıb.
Holand İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu rekorduna sahibdir. O, 2022/2023 mövsümündə 36 qol vurub.
Bundan başqa, norveçli forvard Premyer Liqada 100 qol həddinə ən tez çatan futbolçu olub. Bunun üçün ona cəmi 111 oyun bəs edib.
Holand həmçinin Norveç millisində vurduğu 19 qolla UEFA Millətlər Liqası tarixinin ən məhsuldar futbolçusu kimi göstərilib.
Digər rekord isə Çempionlar Liqası ilə bağlıdır. O, 2022/2023 mövsümündə “RB Leypsiq”in qapısından bir oyunda 5 top keçirərək, turnirdə bir qarşılaşmada ən çox qol vurmaq rekordunu təkrarlayıb.
Əlisahib İbrahimli