Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
UEFA Çempionlar Liqasının 8-ci turu çərçivəsində "Qalatasaray"ı 2:0 hesabı ilə məğlub edən "Mançester Siti"nin hücumçusu Erlinq Holand fərdi uğurla diqqət çəkib.
Fanat.Az xəbər verir ki, sözügedən turnirdə çıxdığı 56 matçda 56-cı dəfə adını tabloya yazdıran norveçli ÇL-də eyni sayda qolla yadda qalan sabiq niderlandlı forvard Rud Van Nistelroyu haqlayıb və 8-ci pilləyə yüksəlib.
ÇL-in bombardirlər cədvəlində Tomas Müller (57 qol) 7-ci yerdə mövqe tutubsa, 140 dəfə rəqib qapıçıları məyus edən Kriştianu Ronaldu liderdir.
Xatırladaq ki, MS bu qələbə sayəsində 1/8 finala vəsiqəni təmin edib. Holan turnirin Liqa mərhələsində çıxdığı 8 qarşılaşmada 7 dəfə fərqlənib.
Nihat