Icma.az bildirir, Fanat portalına istinadən.
Erlinq Holand karyerasının növbəti mərhələsi üçün "Real Madrid"ə transfer olmağa müsbət yanaşır.
Fanat.Az xəbər verir ki, norveçli hücumçu yaxın çevrəsinə də Madrid variantını ciddi şəkildə düşündüyünü bildirib.
"GOAL" nəşrinin məlumatına görə, Holandın gələcək planlarında La Liqa nəhəngi xüsusi yer tutur. "Mançester Siti"də hələ uzunmüddətli müqaviləsi olsa da, "Real Madrid" rəhbərliyi bu prosesi yaxından izləyir və münasib şərait yaranacağı halda addım atmağa hazırdır.
Holandın “kral klubu”na keçidi baş tutacağı təqdirdə, bu transfer gələn illərin ən çox danışılan hadisələrindən biri olacaq.
Kamil Xudiyev