Holand üçün mövsümü bitib

01.04.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mançester Siti"nin hücumçusu Erlinq Holland üçün mövsüm bitib.

İdman.biz xəbər verir ki, onun Premyer Liqanın qalan turlarında meydana çıxa bilməyəcəyi dəqiqləşib.

Norveçli forvard İngiltərə kubokunun 1/4 finalında "Bornmut"la qarşılaşmada ayaq biləyindən zədələnib. Holand 2:1 hesabı ilə yekunlaşan oyunun 61-ci dəqiqəsində əvəzlənib. O, stadionu əsanın köməyi ilə tərk edib.

Erlinqin iyunun 15-də start götürəcək klublararası dünya çempionatında forma geyinəcəyi gözlənilir.

Qeyd edək ki, Holand bu mövsümdə bütün turnirlədə meydana çıxdığı 40 oyunda 30 qol vurub, 4 ötürmə verib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью