Holand və komandası Amerikaya görün nə apardı!

10.06.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Norveç milli komandası 2026-cı il Dünya Çempionatının hazırlıq mərhələsi çərçivəsində rəsmi təlim-məşq toplanışına qeyri-adi bir addımla başlayıb.

Fanat.Az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarındakı düşərgəyə yollanan komanda özü ilə bərabər tam 300 kiloqram balıq, 116 kiloqram pendir və 6 min ədəd portağal aparıb.

Erlinq Holandın da yer aldığı heyətin öz ölkələrində vərdiş etdikləri qidaları istehlak etmələri və özlərini evdəki kimi hiss etmələri üçün komandanı səyahətdə üç norveçli şef-aşpaz müşayiət edir.

Skandinaviya təmsilçisinin turnir öncəsi qidalanma rejimini tam nəzarətdə saxlamaq məqsədilə atdığı bu peşəkar addım böyük diqqət çəkib.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью