Holanddan azarkeşinə doğum günü sürprizi VİDEO

12.07.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Braziliyalı azyaşlı azarkeş məktəbdə ciddi mənəvi təzyiqlərlə üzləşib. Uşağın sevimli futbolçu Erlinq Holandın saç düzümünü təqlid edərək uzun saç saxlaması bəzi sinif yoldaşlarının onu lağa qoymasına səbəb olub.
Bizim.Media xəbər verir ki, Norveç millisinin və "Mançester Siti"nin ulduz futbolçusu Erlinq Holand bu xoşagəlməz vəziyyətdən xəbər tutan kimi dərhal hərəkətə keçib.
Dünya ulduzu kiçik pərəstişkarının doğum gününü xüsusi video-təbrik yazaraq təbrik edib və ona dəstək olub.
Holandın bu addımı nəinki həmin uşağa ruh yüksəkliyi verib, həm də sosial şəbəkələrdə geniş maraqla qarşılanaraq, futbolçunun necə möhtəşəm bir insan olduğunu bir daha sübut edib.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью