Holann 52 ildən sonra tarixi nəticəni təkrarladı

28.09.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Holann 1974-cü ildən bəri təkrarlanmayan nəticəyə imza atıb.

Teleqraf “Stats Foot” nəşrinə istinadla xəbər verir ki, Holann milli komandadakı ilk 57 oyununda 65 qol vuran ilk avropalı futbolçu olub.

O, 1974-cü ildə Almaniya millisində 65 qola imza atan Gerd Müllerin nəticəsini təkrarlayıb.

Holann UEFA Millətlər Liqasının II turunda Portuqaliyaya qarşı keçirilən və Norveçin 1:2 hesabı ilə uduzduğu görüşdə də fərqlənib. O, I turda Danimarkaya qarşı matçda isə dubl edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью