Holann bu tarixdə meydana çıxa biləcək

02.04.2025

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlin Holannın bərpası 5 - 7 həftə çəkəcək.

Milli.Az-ın məlumatına görə, bu barədə "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola açıqlama verib.

O, norveçli hücumçunun mövsümün sonuna və klublararası dünya çempionatınadək sıraya dönəcəyinə ümidli olduğunu bildirib.

Qeyd edək ki, bu mövsüm Erlin Holann "Mançester Siti"nin heyətində bütün turnirlər üzrə 40 oyunda 30 qol və 4 məhsuldar ötürmə müəllifi olub. /Teleqraf

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью