Holann Ronalduya çatdı

22.10.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

"Mançester Siti"nin norveçli ulduzu Erlinq Holann UEFA Çempionlar Liqasının əsas mərhələsində "Vilyarreal"a (İspaniya) vurduğu qolla yeni rekorda imza atıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, hücumçu klub və yığma komandada ardıcıl 12 qarşılaşmada qol sevinci yaşayaraq portuqaliyalı superulduz Kriştianu Ronaldunun göstəricisini təkrarlayıb.

Hazırda davam edən "Vilyarreal" - "Mançester Siti" görüşündə "şəhərlilər" 2:0 hesabı ilə öndədir. Qolları Erlinq Holann (17-ci dəqiqə) və Bernardu Silva (40-cı dəqiqə) vurublar.

Tural
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью