Holann Siti ilə müqaviləsinin müddətini uzatdı

17.01.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İngiltərənin “Mançester Siti” komandası futbolçusu Erlinq Holann ilə müqavilənin müddətini uzadıb.

"Unikal" xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, 24 yaşlı hücumçu ilə yeni sözləşmə 2034-cü ilədək nəzərdə tutulub.

Qeyd edək ki, Erlinq Holann “Mançester Siti” forması ilə ümumilikdə 126 matçda 111 qolla yadda qalıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью