Holann və Yamalın dəyəri rekord həddə çatdı

30.07.2026

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Futbolun ən nəhəng turniri olan dünya çempionatının futbolçuların dəyərinə və nüfuzuna təsir göstərməsi heç kimə sirr deyil. Yenicə başa çatan mundial da istisna olmadı.
"Football-plus.az" xəbər verir ki, “Transfermarkt” DÇ-2026-nın ardından dəyəri ən çox artan futbolçuların siyahısını təqdim edib. Əvvəlcə həmin siyahı ilə tanış olaq.
1 2 3
Elliot Anderson (İngiltərə) +35 (milyon avro) 110 (milyon avro)
Cud Bellingem (İngiltərə) +30 160
Ayub Buaddi (Mərakeş) +30 800
Erlinq Holann (Norveç) +20 220
Lamin Yamal (İspaniya) +20 220
Kilian Mbappe (Fransa) +20 200
Maykl Olise (Fransa) +20 170
Xulian Alvares (Argentina) +20 120
Morqan Rocers (İngiltərə) +20 110
Pau Kubarsi (İspaniya) +20 100
Bredli Barkolya (Fransa) +20 90
Qonsalo Ramuş +20 500
1 – futbolçu, 2 – artımın həcmi, 3 – yeni dəyəri.
Siyahıdan da göründüyü kimi, reytinqin lideri bu yay “Nottingem Forest”dən “Mançester Siti”yə keçən Elliot Andersondu. İngiltərə yığmasının üzvünün dəyəri 75 milyon avrodan 110 milyon avroya yüksəlib. “Siti” isə yeni oyunçusuna görə 135 milyon avro ödəyib. Yəni “bazar qiyməti”ndən daha artıq. Hərçənd anlaşma DÇ-nin gedişində baş tutmasaydı, bəlkə də mundialdan sonra “Nottingem Forest” daha böyük məbləğ tələb edərdi. Daha bir maraqlı məqam Holann ilə Yamalın dəyərinin rekord həddə çatmasıdı. İndiyə qədər "transfermarkt"da heç bir futbolçunun dəyəri 220 milyon avroya çatmamışdı!
Mundialın ən yaxşı gənc oyunçusu seçilən “Barselona”nın və İspaniya yığmasının üzvü Pau Kubarsi 100 milyon avro həddinə çatıb. Hazırda o, Vilyam Saliba ilə birlikdə dünyanın ən baha iki mərkəz müdafiəçisindən biridi! Fransalı Salibanın zədə aldığını və mövsümün əvvəlini buraxacağını nəzərə alsaq, onun dəyərinin enəcəyi istisna olunmur.
Əslində mundialda hər baxımdan ən böyük artıma nail olan futbolçu Kabo Verdenin qapıçısı Vozinyadı. 40 yaşlı əlcək sahibinin dəyəri az qala 900 faiz artaraq 50 min avrodan 500 min avroya qədər yüksəlib. Sosial şəbəkədə isə bu qapıçı bütün mümkün olan və olmayan rekordları qırıb. DÇ-yə qədər “instaqram”da onun izləyici sayı heç 50 minə də çatmırdı. Hazırda isə bu rəqəm 30 milyona çatmaq üzrədi!
Müqayisə üçün deyək ki, Manuel Noyerin izləyici sayı 15 milyondu. Yeri gəlmişkən, mundialın gedişində Portuqaliyanın ikinci divizion təmsilçisi “Şaviş”lə müqavilə müddəti başa çatan və sərbəst oyunçuya çevrilən Vozinyanın yeni klubunun adına aydınlıq gəlib. FİFA-nın versiyasına görə mundialın rəsmi “11-liy”inə düşən Vozinya Çili nəhəngi “Kolo Kolo” ilə ilyarımlıq anlaşma əldə edib. Çilinin ən titullu klubu olan “Kolo Kolo”da Arturo Vidal da çıxış edir.
Klub prezidenti Anibal Mosa bunları deyib:

“Vozinyanın önümüzdəki günlərdə ölkəmizin ən populyar klubuna qatılması üçün anlaşma əldə etmişik. Son detalları tamamlayaraq transferi başa çatdırdıq. Oyunçunun həm özü, həm də meneceri ilə bütün məsələləri yoluna qoymuşuq. Bu transfer təkcə marketinq xarakteri daşımır. Vozinya dünya çempionatını əla səviyyədə keçirdi və klubumuza da fiziki cəhətdən tam hazır vəziyyətdə qoşulacaq. Eyni zamanda bütün dünyada əldə etdiyi populyarlıq sayəsində “Kolo Kolo”nun beynəlxalq aləmdə nüfuzunu da qaldıracaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью