Holcim Azərbaycan sement satışından gəlirini və mənfəətini açıqladı

02.09.2025

Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

"Holcim (Azərbaycan)" ASC 2024-cü ili 19 milyon 544 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 12 milyon 922 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə ötən il "Holcim Azərbaycan"ın xalis mənfəəti 6 milyon 622 min manat və ya 51,2% artıb. 

Marja.az "Holcim (Azərbaycan)" ASC və onun törəmə müəssisələrinin konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, Şirkətin satışdan gəlirləri 2023-cü ildə 166 milyon 535 min manat ikən, 2024-cü ildə 210 milyon 780 min manata yüksəlib (44 milyon 245 min manat və ya 26,6% artıb).

31 dekabr 2024-cü il tarixində "Holcim (Azərbaycan)" 114 milyon 578 min manat bölüşdürülməmiş xalis mənfəətə malik olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью