Holcim (Azərbaycan) şirkəti qazancının bir hissəsini səhmdarlarına ödəyəcək

23.04.2026

Icma.az, Marja.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

18 iyun 2026-cı il tarixində "Holcim (Azərbaycan)"ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

Marja.az xəbər verir ki, səhmdarların illik ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:  

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

1. Holcim (Azərbaycan) ASC-nin səhmdarlarının illik ümumi yığıncağının sədrinin seçilməsi.

2. Müşahidə Şurasına üzvün seçilməsi.

3. Təftiş Komissiyasına üzvün seçilməsi.

4. Holcim (Azərbaycan) ASC-nin nizamnaməsində dəyişikliyin təsdiq edilməsi. 

5. Holcim (Azərbaycan) ASC-nin 2025-ci il üzrə audit olunmuş maliyyə hesabatlarının təsdiqlənməsi. 

6. 2025-ci ilin nəticələri üzrə xalis mənfəətin bölüşdürülməsi.

Yığıncaq saat 10:00-da Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1065, İzmir küçəsi, 6 ünvanında yerləşən "Hyatt Regency" hotelinin "Şuşa" zalında keçiriləcəkdir.

Holcim (Azərbaycan) ASC

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью