Hollandiya Alkmaar gəmisini Ukraynaya təhvil verib...

13.10.2025

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Ölkənin 2025-ci ilin sonuna kimi daha birini təhvil verəcəyi gözlənilir...

Hollandiya Ukraynaya “Alkmaar” sinifli mina əleyhinə gəmi təhvil verib. Ukrayna Hərbi Dəniz Qüvvələrinin baş komandanı Oleksiy Neyjpapa oktyabrın 12-də bazar günü bəyan edib ki, ölkənin 2025-ci ilin sonuna kimi daha bir gəmi təhvil verəcəyi gözlənilir.

...Biz bu yaxınlarda tərəfdaşlarımızdan "Alkmaar" sinifli mina əleyhinə gəmi aldıq və ilin sonuna kimi daha bir gəminin təhvil verilməsini gözləyirik. Artıq ekipaj hazırlığı gedir, - Neyjpapa qeyd edib.

SİA-nın məlumatına görə, o, oktyabrın 12-də Hollandiyanın müdafiə naziri Ruben Brekelmansın və Hollandiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Onno Eyxelşeymin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüyünü bildirib.

Neyjpapa qeyd edib ki, görüş zamanı Qara dəniz regionunda təhlükəsizlik vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı həmçinin Hollandiyaya Ukraynanın Dəniz İmkanları Koalisiyası çərçivəsində göstərdiyi səylərə və əməkdaşlığa görə təşəkkür edib.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью