Hollandiya hökuməti əhaliyə ÇAĞIRIŞ ETDİ: “Məhdudlaşdırın” KONKRET

29.04.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Hollandiyanın İqlim və Yaşıl İnkişaf Nazirliyi ölkə daxilində elektrik şəbəkəsindəki yüklənməni azaltmaq məqsədilə əhalini saat 16:00-dan 21:00-a qədər elektrik enerjisindən istifadəni məhdudlaşdırmağa çağırıb.

KONKRET.az xəbər verir ki, nazirliyin yaydığı açıqlamada bildirilir ki, son günlər enerji tələbatının artması nəticəsində elektrik şəbəkəsində ciddi təzyiqlər müşahidə olunur.

Bu səbəbdən, gündəlik pik saatlarda enerji istifadəsinin azaldılması vacib sayılır.

“Şəbəkənin stabilliyini qorumaq və nasazlıqların qarşısını almaq üçün vətəndaşlardan və müəssisələrdən bu saatlarda elektrik enerjisindən istifadəyə diqqətli yanaşmalarını xahiş edirik,” – deyə açıqlamada vurğulanıb.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью