Hollandiya qırıcıları Rusiyanın üç təyyarəsini yaxaladı

09.12.2024

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hollandiya F-35 qırıcıları cümə günü Baltik dənizi üzərində üç Rusiya təyyarəsini "yaxalayıb".

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd olunur ki, günün birinci yarısında hollandlar An-72 və Su-24, daha sonra isə bir qədər sonra İl-20-nin qarşısını alıblar.

Hollandiya F-35-ləri dekabr ayından NATO-nun şərq sərhədində patrulluq edir. Onlar NATO hava məkanına yaxınlaşan hər hansı naməlum təyyarənin qarşısını almaq üçün Estoniyadan iki F-35 göndərən Tez Reaksiya Rejimi (QRA) altında fəaliyyət göstərirlər .

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью