Hollandiya Ukrayna üçün 150 milyon avro ayırıb

11.04.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Hollandiya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün daha 150 milyon avro ayıracaq.

APA xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans öz “X” hesabında məlumat verib.

O bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski tərəfdaşlarından hava məkanını qorumaq üçün daha çox vəsait istəyib.

"Buna görə də mən hava hücumundan müdafiə üçün (I-Hawk sistemi) daha 150 milyon avro elan edirəm. Biz həmçinin F-16 qırıcılarını və Patriot sisteminin kritik elementini də tədarük edirik. İnsanların həyatını xilas etmək üçün Ukraynanı dəstəkləməyə davam edirik", - o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью