Hollandiya və Avstriya Rusiya diplomatlarının hərəkətini məhdudlaşdırıb

27.01.2026

Oxumeni.az saytına istinadən Icma.az xəbər verir.

Hollandiya və Avstriya Rusiya diplomatlarının hərəkətini məhdudlaşdırıb

Hollandiya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinə ölkənin Rusiya diplomatları üçün səyahət məhdudiyyətləri tətbiq etdiyini bildirib. Avstriya Xarici İşlər Nazirliyi ölkədə akkreditə olunmayan Rusiya diplomatik heyəti üçün yalnız bildirişlə giriş tələbi tətbiq edib. Bu barədə RİA Novosti Haaqa və Vyanadakı diplomatik nümayəndəliklərə istinadən məlumat verib.

"Ötən həftə Krallığın Xarici İşlər Nazirliyi bu səyahət tələbinin tətbiqi barədə Rusiya Federasiyasının Hollandiyadakı səfirliyinə rəsmi olaraq məlumat verib", - deyə Hollandiya səfirliyi bildirib. Diplomatik nümayəndəlik bu addımı "məqsədyönlü təzyiq siyasətinin və qanunun seçmə tətbiqinin daha bir elementi" adlandırıb.

Vyanadakı səfirlik Avstriya hakimiyyətindən Avstriyada akkreditə olunmayan "Rusiya diplomatik, inzibati, texniki və ya xidmət heyəti üçün yalnız bildirişlə giriş və tranzit tələbi"ni nəzərdə tutan nota aldığını bildirib. Başqa heç bir məhdudiyyət elan edilməyib.

Aİ-nin Rusiya əleyhinə sanksiyalarının 19-cu paketində Rusiya diplomatlarının Aİ daxilində səyahətlərinin akkreditasiya etdikləri ölkənin ərazisi ilə məhdudlaşdırılacağı nəzərdə tutulur. Rusiya diplomatlarından səyahətlərindən əvvəl qəbul edən ölkələrin rəhbərliyinə məlumat vermələri tələb olunacaq. Aİ yeni məhdudiyyətləri xarici hökumət rəsmilərinin "artan düşmən kəşfiyyat fəaliyyətləri fonunda" məlumatlılığını artırmaq zərurəti kimi izah etdi. Məhdudiyyətlərin yanvarın 25-də qüvvəyə minməsi planlaşdırılırdı.

Əziz Mustafa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью