GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hollandiyanın xarici işlər naziri Kaspar Veldkampın İsrailə səfəri təxirə salınıb.
Globalinfo.az xəbər verir ki, buna səbəb Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahunun həbsinə order verməsi göstərilib.
“Bu şəraitdə hazırda İsrailə səfər etməmək qərarı verilib. Qərar İsrailin xarici işlər naziri Gideon Saarla məsləhətləşmələrdən sonra qəbul olunub”, – deyə Hollandiya XİN-in bəyanatında deyilir.
Xatırladaq ki, Hollandiya Netanyahu və Qalant ölkəyə gəldiyi təqdirdə BCM-in qərarının həyata keçiriləcəyini açıqlayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az