Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq. Almaniyanın tanınmış şirniyyat brendi Haribo, Hollandiyada satışa çıxarılan bəzi məhsullarınd
BAKU.WS haber global-a istinadən xəbər verir ki, Hollandiya Qida və İstehlak Malları Təhlükəsizliyi İdarəsi (NVWA), 1 kiloqramlıq "Haribo Ha
Şikayətlər arasında başgicəllənmə də yer alıb. Aparılan yoxlamalar nəticəsində konfet nümunələrində marixuana aşkarlanıb.
NVWA rəsmisi indiyədək üç paketdə narkotik maddə izinin tapıldığını deyib.
Hadisəyə ciddi yanaşan Haribo isə bütün məhsullarını geri çağırmaq qərarına gəlib.
Sözügedən paketlərin son istifadə tarixi 2026-cı ilin yanvar ayıdır. İndiyədək neçə nəfərin təsirləndiyi məlum deyil.
Niderland mediasına görə, polis narkotik maddənin məhsullara necə qarışdığını araşdırır.
NVWA vətəndaşlara xəbərdarlıq edərək bildirib: "Bu konfetlər başgicəllənmə kimi sağlamlıq problemlərinə yol aça bilər, istifadə etməyin!" Konfetlərin orijinal Haribo məhsulu olub-olmadığı hələlik dəqiqləşməyib.