Hollandiyada koalisiya dağılıb, hökumət çöküb

03.06.2025

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Hollandiyada ifrat sağçı Azadlıq Partiyasının (PVV) lideri Gert Vilders koalisiya hökumətindən çıxdıqlarını bəyan edib.
Reyting.az
xəbər verir ki, Azadlıq Partiyasının bu addımından sonra Hollandiyada hökumət çöküb.
Gert Vilders immiqrasiya siyasətləri ilə bağlı tələblərinin yeni koalisiya müqaviləsində yer almadığı üçün koalisiya hökumətindən çıxdıqlarını bildirib.
“İmmiqrasiya siyasətlərimiz imzalanmayıb. Nizamnamədə heç bir dəyişiklik yoxdur. PVV koalisiyadan ayrılır”,- o bildirib.
Vildersin koalisiyanı devirməsi mümkün erkən seçkilərə yol açıb.
E. KAMAL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью