Icma.az bildirir, Milli.az portalına istinadən.
Aktyor və aparıcı Şəhriyar Əbilov karyerası ilə bağlı maraqlı açıqlamaları ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi Hollivuda dəvət alan ilk azərbaycanlı aktyor olduğunu iddia edib.
O, "Kəşfət" proqramında qonaq olarkən Yaponiyada yayımlanan serialda rol aldıqdan sonra əldə etdiyi qazancdan da danışıb. Əbilovun sözlərinə görə, cəmi 15-20 gün davam edən çəkilişlərə görə 50 min məbləğində qonorar alıb.
Aktyor qazandığı vəsaitdən dövlətə vergi ödədiyini də xüsusi olaraq qeyd edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)