Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hollivud aktyoru Rassel Brend təcavüz və cinsi zorakılıq ittihamları ilə mühakimə olunur.
BAKU.WS xəbər verir ki, britaniyalı komediyaçı cinsi cinayətlərdə ittiham olunaraq hakim qarşısına çıxarılıb.
Londonun Sautuork Ağır Cinayətlər Məhkəməsində başlanan prosesdə 51 yaşlı aktyor 1999-2009-cu illər ərzində altı qadına qarşı üç təcavüz, üç cinsi zorakılıq və bir qeyri-etik hücum faktı üzrə mühakimə olunur.
Məhkəmə prosesində çıxış edən baş prokuror Ril Karmi-Cons bildirib ki, Brandi ctimaiyyət arasında yaratdığı səmimi və əyləncəli obrazın arxasında qadınlara qarşı təcavüzkar davranışlar gizlədib.
Prokurorluğun qənaətinə görə, aktyor öz şöhrətindən və populyarlığından istifadə edərək qadınların etibarını qazanıb, daha sonra isə onlara qarşı cinsi zorakılıq törədib.
Məhkəmədə verilən ifadələrdə aktyorun yaxın çevrəsinə özünü qadınları ələ almaq mütəxəssisi kimi təqdim etdiyi və qadınlara yalnız eşitmək istədikləri sözləri deməyin kifayət etdiyini bildirdiyi diqqətə çatdırılıb.
İttiham tərəfi Brendin istəkləri rədd edildikdə xudbin və tələbkar davranışlar nümayiş etdirdiyini vurğulayıb.
Məhkəmə iclasında bir-biri ilə əlaqəsi olmayan altı qadının müxtəlif illərdə baş verdiyini iddia etdiyi hadisələr təfərrüatı ilə təqdim olunub.
Dindirilmə zamanı Brendin keçmiş dostu Mark Pinyero da şahid kimi ifadə verib.
O, aktyorun keçmişdə 5 min qadınla birlikdə olmaqla öyündüyünü və tədbirlər zamanı gənc qadınları seçərək tualetə apardığını iddia edib.
Brendin qadınlara və cinsi həyata qarşı xəstəlik dərəcəsində aludəçi olduğunu bildirib.
Zərərçəkən qadınlar 2023-cü ildə mətbuatda yayımlanan araşdırmalardan sonra hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Məhkəmə zalında özünü təqsirli bilməyən Brend, bütün münasibətlərin qarşılıqlı razılıq əsasında baş verdiyini iddia edir.
Onun təqsirli olub-olmaması ilə bağlı yekun qərar davam edən məhkəmə araşdırmasının sonunda veriləcək.