Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-də kinoteatr və kino sənayesi, ölkənin 47-ci Prezidenti Donald Trampın hakimiyyətə qayıtmasından sonra mühüm dəyişikliklər yaşayır.
Oxu.Az xəbər verir ki, "Le Figaro"ya istinadən yayılan məlumata görə, Hollivud studiyaları son illərdə əsas prioritet kimi qəbul edilən inklüzivlik və müxtəliflik siyasətindən tədricən uzaqlaşaraq, ənənəvi ailə dəyərlərinə üstünlük verməyə başlayır.
Bu dəyişikliklərin əsas səbəblərindən biri Trampın iqtisadiyyatın müxtəlif sahələrində bərabərlik və inklüzivlik prinsiplərinə qarşı yönəlmiş fərmanları hesab olunur.
Dəyişikliklərin ilk əlamətləri artıq görünməyə başlayıb. Məsələn, "Disney" studiyası uşaq cizgi filminə transgender personaj əlavə etmək ide
Eyni zamanda, "Amazon" və "Netflix" kimi striming platformaları Bibliya süjetlərinə əsaslanan filmləri uğurla təqdim edirlər.
Hollivudun aparıcı studiyalarından birinin keçmiş rəhbəri bildirib ki, yaxın illərdə tamaşaçılar daha çox vestern janrında, döyüş mövzulu və Trampın "Make America Great Again" ("Amerikanı yenidən əzəmətli edək") şüarına uyğun ideologiyanı təbliğ edən filmlərlə qarşılaşacaqlar.
Onun fikrincə, bu yanaşma kino sənayesinin istehsal prosesinə ciddi təsir göstərəcək.