Hollivud ulduzları fəxri “Oskar”a layiq görülüblər

16.11.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hollivudun tanınmış aktrisası Qlen Klouz, britaniyalı rejissor Ridli Skott və animasiya ustası Floyd Norman kino sənayesinə verdikləri töhfələrə görə fəxri “Oskar” mükafatları ilə təltif olunublar.

Mükafatlar onların uzunillik yaradıcılıq fəaliyyətinin, kino sənətinin inkişafındakı xidmətlərinin və dünya kinematoqrafiyasına təsirlərinin qiymətləndirilməsi məqsədilə təqdim edilib.

Qlen Klouz zəngin aktyorluq karyerası və müxtəlif ekran obrazları ilə, Ridli Skott isə “Qladiator”, “Yadplanetli” və “Blade Runner” kimi dünya şöhrətli filmləri ilə tanınır. “Disney” studiyasının veteran animatorlarından olan Floyd Norman animasiya sənətinin inkişafında mühüm rol oynayıb, bir sıra məşhur cizgi filmlərinin ərsəyə gəlməsində iştirak edib.

Fəxri “Oskar” kino sənayesinə müstəsna xidmətləri ilə seçilən sənət adamlarına təqdim olunan xüsusi mükafatdır.

S.Rzayeva
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью