Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Uzun illərdir xoşbəxt evliliyi olan aktyorlar Ketrin Zeta-Consla Maykl Duqlasın qzı Keris məzun olub.
BAKU.WS xəbər verir ki, o ABŞ-də "Brown" universitetini bitirib.
Bu barədə Ketrin sosial şəbəkə hesabında bildirib. O qızının məzun günündən fotolar paylaşaraq onu məzun olmağı münasibətilə təbrik edib.
Aktrisa qızına görə böyük qürur hissi keçirdiyini bildirib.
O qızı ilə olan fotosuna "Bir kəlimə ilə ən yaxşısı" qısa şərhini əlavə edib.