Hollivud ulduzu almaq istədiyi Norviç barədə danışıb

16.09.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hollivud ulduzu Hyu Cekman uzun müddətdir azarkeşlik etdiyi "Norviç" klubunda pay sahibi olmaq istiqamətində işlər apardığını açıqlayıb. Sport24.az xəbər verir ki, tanınmış aktyor bununla bağlı "talkSPORT"a açıqlama verib:

"Bu məsələ ilə çox ciddi maraqlanıram və hazırda danışıqlar aparıram. Bir neçə dəfə 'Karrou Roud'da (klubun stadionu) olmuşam, bu, komandanı çox sevirəm və əminəm ki, bu mövsüm yüksək liqaya vəsiqə qazanacağıq. Mənim proqnozum belədir.

Fikrimcə, həm "Norviç", həm də "Reksem" bu mövsüm liqada yüksələcəklər". 

Qeyd edək ki, 2023-cü ildə Cekman, aktyor Rob Makelhenni ilə birlikdə "Deadpool & Wolverine" filmində tərəf müqabili olduğu Rayan Reynoldsun dəvəti ilə "Reksem"in oyunlarını izləməyə başlayıb. Uels klubunu 2022-2025-ci illər ərzində 3 liqa yüksələrək Çempionşipdə mübarzizə aparır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью