Hollivud ulduzu təhlükədən xəbərdar edir

06.02.2025

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Hollivud ulduzu, kinoaktyor Nikolas Keyc süni intellektin əleyhinə çıxır. Amerikalı məşhur kino aləmində süni intellektin təhlükələri haqqında hər kəsi xəbərdar edir.
Reyting.az
-ın məlumatına görə, "Saturn" ödülünün təqdimetmə mərasimi zamanı ən yaxşı aktyor mükafatına layiq görülən Nikolas Keyc çıxışında bir daha bu mövzuya toxunub. Hollivud ulduzu deyib ki, müasir kinoda süni intellektdən istifadə çox təhlükəli və pis nəticələr verəcək.
Məşhur aktyor əlavə edib ki, süni intellektdən istifadə edən kino hekayələr öz "ruhunu və insan elementini itirəcək".
Onu da qeyd edək ki, N. Keyc özgələrin yuxularında qəfil peyda olan bir professordan bəhs edən "Arzularımızın Qəhrəmanı" filmində ifa etdiyi roluna görə mükafata layiq görülüb.
Oqtay QORÇU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью