Hollivud ulduzunun mafiya üçün killer olan atası Xüsusi təhlükəli Harrelson | Icma.az
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Hollivud ulduzu Vudi Harrelsonun atası Çarlz mafiya üçün killer olub.
O, "Dağ Alkatrası" kimi tanınan məşhur "ADX Florence" həbsxanasında cəza çəkib. Oxu.Az bu barədə aif.ru-ya istinadla xəbər verir.
Bildirilir ki, Çarlz Harrelson oğlu aktyorluq şöhrəti qazanmamışdan çox-çox əvvəl bütün Amerika Birləşmiş Ştatlarında ad salmışdı.
Texasda doğulmuş, donanmada xidmət etmiş Çarlz Harrelson əvvəllər tibbi avadanlıqların təmiri ilə məşğul olub, lakin sonradan bu işin cinayətkarlıq qədər gəlirli olmadığı qərarına gəlib.
İlk olaraq narkotik alveri ilə məşğul olur, lakin bir uğursuz əməliyyatdan sonra bossuna borclu qalır.
Çarlza problemi rəqibi aradan qaldırmaqla həll etmək təklif olunur, o da razılaşır. Onun ilk qurbanı biznesmen Alan Berq olub.
Harrelson həbs olunsa da, vəkili onun bəraət almasını təmin edir.
Lakin tezliklə Çarlz yenidən - bu dəfə taxıl taciri Sem Degeliyanın sifarişli qətlinə görə mühakimə olunub.
Tam oxu
Xəbəri oxu