Icma.az bildirir, Olke.az saytına əsaslanaraq. ABŞ-də baş verən yanğınlardan sonra süni intellektlə hazırlanmış videoların sayı artıb.
Belə ki, hadisənin dəhşəti şişirdilərək əks etdirən görüntülər yayılır və insanlar bunun həqiqət olduğunu düşünürlər.
Əvvəlcə bir çoxları videoların real olduğuna inanır, sonradan bunun süni intellektlə hazırlandığı məlum olur.
Lakin bəzi insanlar belə görüntülərin həqiqət olduğuna inanmaqda davam edirlər.
Ölkə.Az xəbər verir ki, süni intellektlə hazırlanmış videoları real kadrlardan ayırmaq üçün bir neçə ipucu və texnologiyadan istifadə edə bilərsiniz: 1.
Vizual detallara diqqət yetirin: Hərəkətlərin təbii olmaması: Süni intellektlə yaradılan videolarda obyektlərin hərəkətləri qeyri-təbii, süni və ya axıcılıqdan məhrum ola bilər.
Detalların olmaması: Alovlar, tüstü və ya obyektlər bəzən real həyatda olduğu kimi görünmür, məsələn, çox hamar və ya qeyri-təbii rənglərdə ola bilər.
Anormal effektlər: Suyun hərəkəti, tüstü və ya işıq effektləri reallığa uyğun gəlməyə bilər.