Hollivuda can atan Ronaldu kinostudiya açdı VİDEO

12.04.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Saç transplantasiyası ilə məşğul olan tibbi klinikası, geyim markası və sair gəlir yerləri olan superulduz Kriştianu Ronaldu biznes imperiyasını genişləndirir.

Fanat.Az xəbər verir ki, portuqaliyalı əfsanəvi hücumçu indi də Hollivudu fəth etmək qərarına gəlib.

O, bunu aktyor yox, kinostudiya sahibi kimi reallaşdırmağa can atır. Futbolçu bu xəbərlə bağlı emosiyalarını "Instagram" səhifəsində paylaşıb. Portuqaliyalı UR•MARV adlandırılan gələcək kinostudiyanın vizyonunu əks etdirən video treyler yayıb və bu elanı yerləşdirib: "Metyu Von ilə yeni kinostudiyam olan UR•MARV-ni elan etməkdən məmnunam və sizə ilk filmimiz haqqında danışmaq üçün səbirsizlənirəm. Tezliklə!". 

Qeyd edək ki, şirkət məşhur Hollivud rejissoru Metyu Von ilə əməkdaşlıq çərçivəsində yaradılıb.

View this post on Instagram

A post shared by Cristiano Ronaldo (@cristiano)

Onu da əlavə edək ki, Ronaldu hələlik futboldan getməyi planlaşdırmır. Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ona müqavilənin müddətini daha 2 il uzatmağı təklif edib. 

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью