Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
“Sentyabrın 8-də ABŞ-nin vurduğu beş İran tankerindən ən azı üçü -“Kaviz”, “Charminar” və “Riesco” Rusiyanın “kölgə donanması”na birbaşa bağlıdır”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ukrayna Prezidentinin sanksiya siyasəti üzrə səlahiyyətli nümayəndəsi Vladislav Vlasyuk belə deyib.
“Bu tankerlər Rusiya neftini daşıyır, Rusiya limanlarına daxil olur və sanksiya şərtləri ilə fəaliyyət göstərmək üçün istifadə olunurdu. Rusiyanın və İranın “kölgə donanma”ları gəmilər, menecerlər, vasitəçilər və neft marşrutları vasitəsilə kəsişir.
Məhz buna görə də bu cür gəmilərə qarşı reaksiya, kimin bayrağı altında üzmələrindən və rəsmi olaraq kimin maraqları naminə fəaliyyət göstərmələrindən asılı olmayaraq, sərt olmalıdır.
Əgər “kölgə donanması” sanksiyaya məruz qalmış ölkələrə neft satmağa və gəlir əldə etməyə kömək edirsə, bu, sanksiyalardan yayınma infrastrukturunun bir hissəsinə çevrilir”,- deyə Vlasyuk bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin