Hon Konqda binada baş verən yanğında 44 sakin ölüb, 279 nun taleyi bəlli deyil

27.11.2025

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Hon Konqda "Tay Pod" adlı çoxmərtəbəli yaşayış kompleksində güclü yanğın olub.

BAKU.WS "BBC"yə istinadən xəbər verir ki, hadisə zamanı azı 44 sakin həyatını itirib. Məlumatlara görə 279 sakin itkindir.

Sözügedən ərazidə səmaya böyük tüstü kütləsinin yüksəldiyi qeyd edilib.

Hadisə yerinə 760-dan çox yanğınsöndürən briqadası cəlb edilib. Səhərə yaxın binadakı sadəcə 4 mənzildə yanğın nəzarətə götürülüb.

Yanğının baş vermə səbəbi hələ ki, bilinmir. Burada 2000-ə yaxın sakinin yaşadığı qeyd edilib.

Xatırladaq ki, meqapolisdə ölüm sayına görə əvvəlki ölümcül yanğın 1996-cı ildə baş verən, 41 nəfərin ölümünə və 81 nəfərin xəsarət almasına səbəb olan "Garley Bina" yanğını olub. Yanğına qaynaq işlərinin təhlükəsiz aparılmaması səbəb olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью