“Honggi” ilə motosikleti vurdu Sürücü öldü Video

27.08.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gün Bakıda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə saat 13 radələrində şəhərin Neftçilər prospekti 83 ünvanında qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü İsmayılov Əlvan Heybət oğlu idarə etdiyi “Honggi” markalı 90-YJ-634 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən həmin yolda motosikletlə hərəkətdə olan 2001-ci il təvəllüdlü Yəhya Fuad oğlu Zeynalzadəni vurub.

Qəza nəticəsində, Y. Zeynəlzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью