Honk Konqda yaşayış kompleksində yanğın olub, 4 nəfər ölüb

26.11.2025

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

Honk-Konqda yaşayış kompleksində baş verən yanğın 4 nəfərin həyatına son qoyub.

"Operativ Məlumat Mərkəzi-OMM" “Reuters“ə istinadən xəbər verir ki, xilasetmə tədbirləri davam etdirilir, lakin binaların içərisində ilişib qalan sakinlər var.

2 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Yanğınsöndürənlərin içərisində də xəsarət alanların olduğu bildirilir.

Ölü və yaralı sayının artacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью