Honkonq aeroportunda təyyarə zolaqdan çıxaraq dənizə düşüb, ölən var | Icma.az
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq. Pekin, 20 oktyabr, AZƏRTAC Dubaydan gələn “Emirates” şirkətinə məxsus “Boeing 747” yük təy
AZƏRTAC Çin mediasına istinalda xəbər verir ki, yerli vaxtla səhər saat 4 radələrində baş verən hadisə nəticəsində 1 nəfər ölüb.
Təyyarə sürüşüb dənizə düşməzdən əvvəl yerüstü xidmət avtomobili ilə toqquşaraq onu da suyu salıb.
Avtomobildə olan bir nəfər ölüb, digəri isə yaralı halda xəstəxanaya çatdırılıb. Təyyarənin heyət üzvləri xəsarət almayıb.
Qəza nəticəsində hava limanının şimal uçuş-enmə zolağı qısa müddətə bağlanıb.
Şahin CəfərovAZƏRTAC-ın xüsusi müxbiriPekin Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu