Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Honkonqda yaşayış kompleksində güclü yanğın baş verib.
Globalinfo.az xəbər verir ki, yanğın nəticəsində üç yaşayış kompleksində çoxmərtəbəli binalar alovun içində qalıb.
Hadisə zamanı azı 4 nəfərin həlak olduğu bildirilir.
Alov bambuk konstruksiyalı dirəklərdən digər binalara sürətlə keçib.
Yanğın baş verən yaşayış komplekslərindən birində təxminən 4 min nəfər yaşayır.
Polis yanğının yayılma riskinə görə yaxınlıqdakı digər yaşayış sahələrini evakuasiya edir.
Safura Bənnayeva
Globalinfo.az