Honkonqda qara xəbərdarlıq elan edildi

29.07.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Honkonqda güclü yağışlar səbəbindən ən yüksək "qara" xəbərdarlıq elan edilib.

Oxu.Az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Çinin Xüsusi İnzibati Bölgəsinin meteoroloji rəsədxanasından məlumat verilib.

Yolları güclü şəkildə su basdığı üçün və kəskin hava şəraiti ilə əlaqədar şəhər sakinlərinə təhlükəsiz yerlərdə qalmaq tövsiyə olunub.

Rəsədxana xəbərdarlıq edib ki, leysan yağışlar səbəbindən daşqınlar mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью