525.az saytına istinadən Icma.az xəbər verir.
Bu gün səhər Honkonqda təyyarə qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Dubaydan gələn "Boeing 747-400F" yük təyyarəsi eniş edərkən zolaqdan çıxıb və su sahəsinə düşüb.
Eniş zamanı təyyarə zolaqdan kənarda hərəkətdə olan xidməti avtomobilə çırpılıb. Nəticədə hava limanının avtomobildə olan 2 əməkdaşı həlak olub.
Ekipaj üzvlərindən heç kim xəsarət almayıb.
Qeyd edək ki, qəza baş verən uçuş zolağının fəaliyyəti müvəqqəti dayandırılıb. Hadisə ilə bağlı müvafiq qurumlar araşdırmaya başlayıblar.
L.Tağıyeva