Honkonqdan uçan təyyarə Filippində təcili eniş edib

21.11.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Air Niugini" aviaşirkətinin Honkonqdan Papua-Yeni Qvineyaya uçan təyyarəsi Davao (Filippin) beynəlxalq hava limanında təcili eniş edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli media Filippin Mülki Aviasiya İdarəsinin (CAAP) məlumatına istinadən xəbər verir.

CAAP-ın məlumatına görə, təyyarənin göyərtəsində 137 sərnişin və doqquz ekipaj üzvü olub.

Fövqəladə xidmət əməkdaşlarının təhlükəsizliyin qiymətləndirilməsini apara bilməsi üçün hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Həmçinin Filippindən həyata keçirilən iki reys müvəqqəti ləğv edilib.

Hadisənin səbəblərini araşdırmaq üçün mütəxəssislər hadisə yerinə gəliblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью