Honkonqlu milyarderin varisi nəvəsi rusiyalı modellə evlənir

16.11.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Honkonqun nüfuzlu biznes ailəsinin varisi, 43 yaşlı Erik Fokun 29 yaşlı rusiyalı model Narana Erdıneyeva ilə evlənəcəyi iddia olunur.

Axşam.az xəbər verir ki, Çin mediasında cütlüyün qonaqlara göndərdiyi bildirilən toy dəvətnaməsinin fotosu yayılıb. Məlumata görə, toy dekabrın 12-də Honkonqdakı beşulduzlu "Hyatt Hong Kong" hotelində keçiriləcək.

Qeyd edək ki, Erik Fok Honkonqun vaxtilə ən varlı şəxslərindən biri olmuş Henri Fokun nəvəsidir. O, hazırda ailə şirkəti "Fok Ying Tung Group"un vitse-prezidentidir.

Narana Erdıneyeva 19 yaşında Honkonqa köçüb və model karyerasına başlayıb. O, "Vogue", "Harper's Bazaar", "Elle" və "Cosmopolitan" jurnalları üçün çəkilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью