Hoqqabazlıq etdi, 76 min dollar ödəyəcək

19.01.2025

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünya reytinqinin 5-ci pilləsində qərarlaşan Daniil Medvedev hazırda davam edən “Australian Open”dəki davranışına görə 76 min dollar cərimələnib.

Rusiyalı tennisçi ilk mərhələdə - taylandlı Kasidit Samreyə çətinliklə qalib gəldiyi oyunda dəfələrlə raketkanı tora çırpıb, həmçinin tora bərkidilən kameranı zədələyib. Növbətə mərhələdə amerikalı Lyoner Tinə uduzub və bu dəfə də hoqqabazlıqdan qalmayıb. Raketkanı tullayıb, hakimdən iki xəbərdarlıq alıb, eləcə də mətbuat konfransına qatılmayıb.
Medvedev kameranı qırdığına görə 10 min, Tinlə görüşdəki davranışına və mətbuat konfransında iştirak etmədiyinə görə isə 66 min dollar cərimələnib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью