Horadiz Ağbənd dəmir yolu vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlanılıb FOTO

05.09.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Horadiz-Ağbənd dəmir yolu xətti vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlanılıb.

"APA-Economics"in Zəngilan rayonuna ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə olunması departamentinin tikinti meneceri Cavad Əlövsətov jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, tikinti-quraşdırma işləri 3 mərhələdə həyata keçirilir: "Birinci mərhələdə işlərin böyük hissəsi tamamlanıb. Artıq dəmir yolu xətti vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir.
Hazırda 2 və 3-cü mərhələ üzrə torpaq işləri və mühəndis qurğularının tikintisi həyata keçirilir.

Layihənin keçdiyi bu ərazilər sərt dağlıq və qayalıq relyefləri olduğundan qazma işləri bəzən partladılma formasında icra edilir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью