Horadiz Ağbənd dəmir yolu xətti bu tarixdə tamamlanacaq

16.04.2026

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zəngəzur dəhlizinin mühüm həlqəsi olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.

Globalinfo.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan–Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

Onun sözlərinə görə, bu dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 110 km, yan yollar nəzərə alınmaqla isə təxminən 140 km təşkil edir: “Hazırda layihənin həyata keçirilmə səviyyəsi təxminən 75 %-dir. Əsas tikinti işləri artıq yerinə yetirilib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью