Horadiz Ağbənd dəmir yolu xəttində tikinti işləri 2028 ci ildə başa çatdırılacaq

16.04.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Zəngəzur dəhlizinin mühüm həlqəsi olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisinin 75%-i tamamlanıb.

APA-nın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın 24-cü iclasında bildirib.

O qeyd edib ki, Horadiz–Ağbənd dəmir yolu xəttində tikinti işlərinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.

“Hazırda layihənin həyata keçirilmə səviyyəsi təxminən 75%-dir. Əsas tikinti işləri artıq yerinə yetirilib”, - Şahin Mustafayev əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью