Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Horadiz-Ağbənd dəmir yolu xəttinin illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi ("Tramp marşrutu") mövcud marşrutlara alternativ yaradır və yüklərin diversifikasiya olunaraq müxtəlif istiqamətlərə daşınmasını təmin edir: "Zəngəzur dəhlizi Çin–Mərkəzi Asiya–Xəzər dənizi–Cənubi Qafqaz–Avropa marşrutunu birləşdirən Orta dəhlizin mühüm tərkib hissəsi kimi qiymətləndirilir.
Bu dəhliz tarixi İpək Yolunun bərpasına xidmət etməklə yanaşı, Azərbaycanı Naxçıvan və Türkiyə üzərindən birbaşa Avropaya bağlayır.
Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də "Şimal–Cənub" nəqliyyat marşrutları üçün əhəmiyyətli əlavə dəyər yaradır və Azərbaycanın tranzit imkanlarının genişlənməsinə xidmət edir".
B. Hacıyev qeyd edib ki, Zəngəzur dəhlizi mövcud marşrutlara alternativ yaradır və yüklərin diversifikasiya olunaraq müxtəlif istiqamətlərə
Qeyd edək ki, 2024-cü ildə Orta Dəhlizlə ((Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona ça