Horadiz Cəbrayıl Zəngilan Ağbənd yolunun tikintisi 93 % tamamlanıb | Icma.az
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu, uzunluğu 123,6 km olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi 93 % səviyyəsində tamamlanıb.
Bakıvaxtı.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Zəngəzur dəhlizi layihəsinin texniki göstəriciləri, yolun yüksək keyfiyyətlə və müasir standartlara uyğun inşa edilməsini təmin edir.
Yolun ümumi uzunluğu 149,9 km təşkil edir. Əsas yolun uzunluğu isə 123,6 km-dir.
Yolun texniki dərəcəsi 1B-dir, bu isə yüksək sürət və təhlükəsiz hərəkətə imkan yaradır.
Yolun eni 14-21 m arasında dəyişir, torpaq yatağının eni 21.5-29.5 m, hərəkət zolaqlarının sayı isə 4-6 arasında təyin edilib.
Bu, nəqliyyatın rahat və təhlükəsiz axınına zəmin yaradır.Layihə çərçivəsində 261 boru (16 814 m), 55 alt keçid (3781 m) və 28 körpü (2090 m) inşa edilir.
Tam oxu
Xəbəri oxu