Horandda içməli su qıtlığı yaranıb

02.12.2024

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şərqi Azərbaycan əyalətinin Horand bölgəsinin 20 kəndində içməli su problemi var.

Gunaz.tv

Bu barədə Horandın fərmandarı (şəhər başçısı) Təvəkkül Fərhadi məlumat verib.

O, bununla yanaşı 9 kəndin elektrik enerjisi probleminin də olduğuna diqqət çəkib.

Fərhadinin sözlərinə görə, su və elektrik enerjisi probleminin həlli üçün vəsait ayrılmadığı üçün məsələnin həlli mümkün olmur.

Qeyd edək ki, ümumilikdə hazırda Şərqi Azərbaycan əyalətinin 700 kəndində su çatışmazlığı yaşanır.

Təbriz Universitetinin Planlaşdırma və Ətraf Mühit Elmləri Fakültəsinin rəhbəri Behruz Sari bildirib ki, susuzluqdan Şərqi Azərbaycanın 360 kəndi tamamilə boşalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью