Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir. “Yaxşılığın qarşılığını gözləmək olmaz.
Efirdə, mətbuatda insanın kiməsə yaxşılıq etdiyini deməsi, kimdənsə inciməsi doğru hal deyil.
Çıxıb efirdə illər əvvəl kiməsə etdikləri yaxşılıqları sayırlar. Çox mədəniyyətsiz bir haldır.
Əlbəttə, görəndə ki, o adam çox hörmətsizlik, qalınqabırğalıq edir, onu başa salmaq lazımdır.
Yaxşılığın qarşılığını isə həmişə Allah verir” Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülüstan Əliyeva deyib.
Sənətkar sənət aləmində əksər insanlarla məsafə saxladığını bildirib: “Efirlərdə qalmaqal edən, bəzən lazımsız danışan sənətçilərə zəng vurub çox demişəm ki, belə etmə, sənə yaraşmır.
Çünki efir güzgüdür, hər kəs istədiyi kimi danışa, davranış sərgiləyə bilməz.
Düşünürəm ki, bunu demək mənim və digər sənətkarların borcudur. Qismən də olsa əməl ediblər.